26 noyabr 2017 02:23
867

Azərbaycan və Fransa muzeyləri arasında əməkdaşlıq imkanları müzakirə olunub

Azərbaycanın Fransadakı səfiri Rəhman Mustafayev bu ölkənin Reyms şəhərinin “Abbey Saint–Remi” Muzeyinin direktoru Jorj Maqnye ilə görüşüb.

Muzeyin direktoru səfirə onun tarixi, burada sərgilənən eksponatlar haqqında məlumat verib.

Rəhman Mustafayev “Abbey Saint-Remi” Muzeyinin direktoruna Heydər Əliyev Fondunun ölkəmizin tarixi, mədəniyyəti, musiqisi, mətbəxi haqqında nəşrlərini hədiyyə edib. O, ölkəmizin muzeylərində, eləcə də Azərbaycan Dövlət İncəsənət Muzeyində Luvr Muzeyinin eksponatlarının sərgiləndiyini diqqətə çatdırıb.

Muzeylər arasında əməkdaşlıqla bağlı fikir mübadiləsi aparılan görüşdə Avropa Azərbaycan Cəmiyyətinin (TEAS) Fransa ofisinin direktoru Mari-Letisiya Qurden də iştirak edib.