26 noyabr 2017 02:16
963

Moskvada nar bayramı keçirilib

Noyabrın 25-də Moskvanın “Taqansk” parkında nar bayramı keçirilib. Tədbir Moskva hökuməti və Moskva Azərbaycanlıları Milli-Mədəni Muxtariyyəti tərəfindən təşkil olunub.

AZƏRTAC xəbər verir ki, tədbir çərçivəsində konsert proqramı, rəsm və foto sərgisi, nardan müxtəlif təamların hazırlanmasına dair ustad dərsləri keçirilib. Rusiya paytaxtının sakinləri və qonaqları nar qatılmış xörəklərin, nar mürəbbəsinin və şirələrinin dadına baxıblar. Parkdakı “Şərq bazarı”nda Azərbaycan məhsullarının satışı təşkil olunub.

Bayram tədbirinin açılışında Moskva hökuməti milli siyasət və regionlararası əlaqələr departamentinin rəhbəri Vitali Suçkov, Moskva Millətlər Evinin direktoru Vladimir Tarasov və digər şəxslər çıxış ediblər. Bayram şənliyi çərçivəsində Şəkidən gəlmiş dekorativ sənət ustası Vəfa Mustafayevanın əl işlərindən ibarət sərgi təşkil olunub.