24 noyabr 2017 21:51
1083

Beynəlxalq Əlillər Günü münasibətilə konsert – “Biz bir ailəyik”

Dekabrın 1–də Heydər Əliyev Sarayında “Biz bir ailəyik” adlı konsert proqramı təqdim olunacaq.

Sarayın mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə reallaşacaq konsert fiziki qüsurlu insanların istedadını nümayiş etdirmək məqsədi daşıyır.

Konsertdə daun sindromlu uşaqların “Günəş uşaqları” adlı rəqs qrupu, “İstedadlı əlillər” cəmiyyətinin və 1 nömrəli sağlamlıq imkanları məhdud gənclərin peşə reabilitasiya mərkəzinin üzvləri çıxış edəcək.

Konsertdə fiziki qüsurlu ifaçıları Milli Konservatoriyanın tələbələrindən ibarət “Könül dünyamız” ansamblı müşayiət edəcək.

Konsertə giriş ödənişsizdir.