22 noyabr 2017 19:22
1095

Əbülfəs Qarayev Yevlaxda vətəndaşları qəbul edəcək

Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev noyabrın 28-də  Yevlax şəhərində vətəndaşları qəbul edəcək.

Bu barədə "Report"a Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

Heydər Əliyev Mərkəzində (Nizami prospekti, 61) saat 11-də başlayacaq qəbulda Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Ağcabədi, Ağdam və Laçından olan sakinlər iştirak edə bilərlər.

Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, e-services. mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (qaynar xətt): 147 və ya (012) 493-55-21 nömrəli telefon vasitəsi ilə (əlaqələndirici şəxs Pərviz İsgəndərli) qəbula yazıla bilərlər.