ABŞ-a güclü qar yağıb.
Xüsusilə Nyu-Yorka şəhərinə yağan güclü qar həyatı iflic edib. Şəhərdə baş vermiş qar fırtınası nəticəsində mindən çox aviareys təxirə salınıb. Nyu-York hakimiyyəti sakinləri şəxsi avtomobillərdən mümkün qədər istifadə etməməyə çağırıb.
ABŞ-ın Milli Meteorologiya Xidməti (NWS) şimal-şərq ştatlarının sahilyanı regionlarında yaşayan əhalini güclü qar və bəzi hallarda sürəti saniyədə 27 metrə çatacaq külək barədə xəbərdarlıq edib.
Eyni zamanda Nyu-York şəhərində Ontario gölünün sahilində ev buza dönüb. Belə ki, fırtına zamanı göldəki su evin üzərinə tökülüb və güclü şaxta nəticəsində ev donub.