08 mart 2017 00:15
567

Bu it qazlı su içir, rəsm çəkir, YouTube-a baxır

Çinin Honkonq şəhərində yaşayan Olqa Kuzmiçyova və onun köpəyi Çiko sosial şəbəkələrdə sürətlə populyarlaşırlar.

Restoran sahibəsi, 32 yaşlı Olesyanın dediyinə görə, şiba-inu cinsindən olan Çiko ağıllı itdir.

"O, sadəcə köpək deyil. Çiko sanki insan təki dil bilir. O, məni dərhal anlayır", - O.Kuzmiçyova deyib.

Çikonun rəsmi çəkdiyi, soyuducudan qazlı su butulkası götürərək içdiyi, noutbukda videolara baxdığı anların əks olunduğu videolar sürətlə yayılır.