20 noyabr 2026 18:37
89

“XİLASEDİCİ” CEV ÇEMPİONLAR LİQASINDA NÖVBƏTİ OYUNUNU KEÇİRİB

Kişi voleybolçulardan ibarət “Xilasedici” klubu bu gün CEV Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində Sloveniyanın “ACH Volley Ljubljana” komandası ilə qarşılaşıb.
Bakıda FHN-nin idman zalında baş tutan oyun qonaqların 3:1 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, komandalar arasında cavab qarşılaşması noyabrın 26-da Sloveniyanın Lyublyana şəhərində keçiriləcək.

CEV Çempionlar Liqası-kişilər (3-cü təsnifat mərhələsi)
19 noyabr 2026 (1-ci oyun)
”Xilasedici” - ”ACH Volley Ljubljana” 1:3 (20:25, 18:25, 26:24, 20:25)