17 noyabr 2026 09:57
87

Dövlət müstəqilliyimizin bərpasında mühüm ta­rixi ha­di­sə

Ermənistan Azərbaycandan ərazi iddiasını beynəlxalq siyasi müstəvidə davam etdirir, İtti­faq da­xi­lində müstəqil dövlət kimi ərazisini siyasi mübarizə aparmaqla, Moskvanın razılığı ilə genişləndirmək istəyirdi. Azər­bay­can bu siyasi təxribata qarşı mübarizəyə başlamışdı, Er­mə­­nis­tan isə niyyətini gerçəkləşdir­mə­yə. Azər­bay­canda bu mübarizə milli-azadlıq hərəkatı kimi for­malaşırdı. Moskvanın hadi­sələrə mövqesizlik münasibəti (əslində, Ermənistanın mövqe­yi­ni dəs­təkləməsi) hadisələrin daha ciddi səviyyədə mürəkkəbləşməsinə səbəb olmuş­du, siyasi ha­di­sələr atıq millətçilik müstəvisində davam etdirilirdi. 1987-ci ilin sonlarında Qafan və di­gər rayonlar­dan azərbaycanlıların təqib edilməsi, sıxışdırılması ilə başlayan siyasi deportasiya  1988-ci ilin qışın­da daha da genişləndirildi, 200 mindən çox azərbaycanlı dövlətin gizlin tap­şı­rığı ilə qovuldu, yüzlərlə azərbaycanlı öldürüldü.

Erməni ideoloqların rəhbərliyi ilə Yerevanda və Xankəndidə başlayan mitinqlər Dağlıq Qarabağın Er­mə­­nis­ta­na birləşdirilməsində bir mərhələ olmalı idi. Ermənilər buna ciddi etiraz edən azərbay­can­­lı­la­rın dinc etiraz aksiyasını Əsgəranda gülləyə tutdu. İki uşaq – Əli ilə Bəxti­yar şəhid oldu. Bunlar Bi­rin­ci Qa­rabağ müharibəsinin ilk güllələri idi...

Azərbaycanda milli-azadlıq hərəkatı açıq müstəviyə keçdi. Təşkilatlanan narazılıqlar ge­nişləndi, 1988-ci il noyabrın 17-də mitinqlər başladı. Mitinqlər təkcə erməniliyə eti­raz­ların mitinqləri deyildi, həm də İt­ti­faqın siya­sə­ti əleyhinə başlayan mitinqlər idi. Azadlığın, müstə­qil­liyin, suverenliyin mitinq­ləri milyonların mitinqinə çevrildi. 

1920-ci il aprelin 28-də ilhaq edilən dövlətçiliyimizi bərpa etmək istəyən xalqı­mızın mey­­­dan hərəkatı qürurverici səviyyədə genişləndi. Bu hərəkat 68 il Mərkəzin si­ya­si sıxıntı­la­rında saxlanmış azadlığın, müstəqilliyin dirçəlişinin ilki idi. Bu hərəkat  İm­pe­riyanın süqu­tunu proqnozlaşdırırdı. Hərəkatın başlanğıcında irəli sürülən ilkin tələb­lər (Er­mə­­nistanda və Dağlıq Qarabağda erməni se­pa­ratçılığına və terrorizminə son qoyulması, Azər­bay­canın ərazi bütövlü­yü­nün təmin edil­məsi, Topxanada tikintisinə baş­la­nılan zavodun tikinti­si­nin dayandırılması, ...), az sonra siyasi tələblərlə (Azər­bay­ca­nın dövlət müs­tə­qil­li­yi­nin bərpa olunması) əvəzləndi.

Rus imperiyası bu hərəkatı boğmağa çalışsa da, 1990-cı il yanvarın 20-də Bakıda və Azər­baycanın daha bir neçə şəhərində faciələr törətsə də Azərbaycanda başlayan mü­­tə­şəkkil milli-azadlıq hərəkatı Azərbay­ca­nı Sovetlər Birliyinin ilhaqından qurtardı, onun dövlət müs­tə­qilliyi haqqında Konstitusiya Aktının qəbul edilməsi ilə nəticələndi. Müstəqilliyin Bər­pa­sı Gü­nü kimi qeyd olunan tarixi gün də başlanğıcını 17 no­yabr Milli Dirçəliş Günün­dən gö­tü­rüb. 15 oktyabr 2021-ci ildə qə­­bul edilən Müstəqillik Günü haqqında qanun qəbul olundu...

SSRİ-nin süqutunun siyasi səbəblərini araşdıran tədqiqatçıların (əksəriyyəti xa­ri­ci təd­qiqatçılar) böyük əksəriy­yəti Azərbaycanda başlayan milli-azad­lıq hərəkatını Sovetlər Bir­li­yin­də ən geniş miqyaslı xalq hərəkatı adlandırır, İttifaqın süqutunu müəyyənləşdirən prosesi Azərbaycanın milli-azadlıq hərə­ka­tı ilə əlaqə­lən­dirirdilər. Dekabrın 4-dən 5-nə keçən gecə so­vet qoşunları bir milyondan çox vətənsevərin top­laş­dığı mitinqi dağıtsa da mübarizə sən­gi­mə­di. “Azadlığı zərrə-zərrə, qram-qram is­tə­mə­yən” (X.R.Ulutürk) xalqımız dünyanı qətiy­yətiylə, azərbaycançılığıyla, mübarizəsiylə hey­rət­lən­dir­di...

17 Noyabr Azərbaycanın dövlətçilik tarixində böyük siyasi hadisə oldu. Döv­lət­çi­liyi bərpa edilən Azərbaycan müstəqilliyini qorumaq üçün bütün dövlətçilik təsi­sat­la­rı­nı yaratdı. Böyük tarixi şəxsiyyət Heydər Əliyev 1991-ci ilin martında Azərbaycan SSR Ali Sovetinin iclasında çıxışında Azərbaycanın strateji sabahlarını belə müəyyən­ləş­dirirdi: "Azərbaycan xal­qı birləşməli, öz müqəddəs torpaqlarını göz bəbəyi kimi qo­ru­malıdır. Azərbaycan Res­pub­likası iqtisadi və siyasi müstəqillik yolu ilə getməli, tam istiqlaliyyət uğrunda mübarizə apar­ma­lıdır"...

Milli Dirçəliş Günü Azərbaycanın dövlət müstəqilliyinin bərpasında mühüm ta­rixi ha­di­sə oldu. Sonralar müəyyən siyasi çalxantılarla üzləşsə də Azərbaycan dövləti indi ərazi bü­töv­lüyü tam bər­pa olun­­muş böyük siyasi nüfuza malik inkişaf etmiş güclü, dün­yəvi, bə­şə­ri bir döv­lət­dir. 

Səbinə Xasayeva,

Milli Məclisin deputatı