8 Noyabr - Zəfər Günü münasibətilə Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Hərbi İnstitutunda “Zəfər tarixi” mövzusunda respublika elmi-nəzəri konfransı keçirilib. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin 6-cı ildönümünə həsr olunan tədbirdə müxtəlif dövlət qurumlarının, hüquq-mühafizə orqanlarının, xüsusi təyinatlı ali təhsil müəssisələrinin nümayəndələri, eləcə də Vətən müharibəsinin qəhrəmanları və iştirakçıları yer alıblar. Konfransdan əvvəl qonaqlar Hərbi İnstitutun ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət ediblər. Tədbirdə Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib və Zəfər tarixinə həsr olunmuş videoçarx nümayiş etdirilib.
“İki sahil” xəbər verir ki, konfransı giriş sözü ilə açan Hərbi İnstitutun rektoru, general-mayor Elçin Məmmədov iştirakçıları salamlayaraq tədbirin işinə uğurlar arzulayıb. Zəfər Gününün tarixi əhəmiyyətindən danışan rektor gənc nəslin dövlətçilik ideyalarına sədaqət və vətənpərvərlik ruhunda yetişdirilməsinin vacibliyini vurğulayıb. Konfransda təqdim olunan məruzələrdə Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyasının və Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsinin tarixi Zəfərin qazanılmasındakı müstəsna rolu xüsusi qeyd olunub. Çıxışlarda Vətən müharibəsinin hərbi-siyasi nəticələri, müharibədən sonrakı dövrdə təhlükəsizlik sisteminin təkmilləşdirilməsi, milli birliyin və həmrəyliyin möhkəmləndirilməsi məsələlərinə toxunulub. Bildirilib ki, 44 günlük Vətən müharibəsində qazanılmış Zəfər yalnız hərbi üstünlüyün deyil, həm də Azərbaycan xalqının sarsılmaz iradəsinin, dövlətimizin qüdrətinin və milli həmrəyliyimizin təntənəsidir.
Şamaxıda aqrar sahənin inkişafı və yeni subsidiya mexanizmlərinə həsr olunmuş regional müşavirə keçirilib
Hərbi Prokurorluğun rəhbərliyi Zəfər Günü münasibətilə əsgərlər, kursantlar və şəhid ailələri ilə görüşüb
“ASAN xidmət” və BMT dövlət idarəçiliyində innovasiyalara xüsusi diqqət yetirir