Yaponiya hakimiyyəti Baş nazir Sanae Takaitşinin Tayvanla bağlı bəyanatlarından keçən bir il ərzində buraxılan səhvləri düzəltmək üçün heç bir addım atmayıb.
“İki sahil” xəbər verir ki, bu barədə keçirilən brifinqdə Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Qo SzYakun bəyan edib.
"Əfsuslar olsun ki, bir il keçməsinə baxmayaraq, Yaponiya hakimiyyəti hələ də yerində sayır və problemin həllindən yayınır. Tokioda hələ də səhvlərə yenidən baxmaq və onları düzəltmək üçün səmimi istək nümayiş etdirməyiblər və bunun üçün heç bir tədbir görməyiblər", — deyə o bildirib.
Diplomatın sözlərinə görə, hazırda Çin-Yaponiya münasibətləri "ciddi çətinliklərlə" üz-üzədir və yaranmış vəziyyətə görə məsuliyyət "tamamilə Yaponiya tərəfinin üzərinə düşür".
"Məsələ burasındadır ki, bir il əvvəl Yaponiya liderləri Tayvanla bağlı səhv bəyanatlarla çıxış edərək, Tayvan məsələsinə silahlı müdaxilə cəhdi barədə açıq şəkildə yalan siqnallar göndəriblər, Çinin dövlət suverenliyinə meydan oxuyublar və Çin-Yaponiya münasibətlərinin siyasi bünövrəsini sarsıdıblar", — deyə o izah edib.
Aİ Avropada təyyarələrin saxta bomba təhlükələri ilə üzləşməsi hallarını araşdırır