06 noyabr 2026 12:31
140

BMT: İlin sonunadək Afrikada 3 milyon insan miqrasiya edə bilər

"Əl-Ninyo" təbiət hadisəsi 2026-cı ilin sonunadək Şərqi Afrikada 3 milyona qədər insanın məcburi köçkün düşməsinə səbəb ola biləcək təbii fəlakətlərlə hədələyir.

“İki sahil” xəbər verir ki, bu barədə BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığı (BMT QAK) xəbərdarlıq edib.

"2026-cı ilin sonunadək son dərəcə güclü "Əl-Ninyo"nun törətdiyi miqyaslı daşqınlar Somali, Keniya, Cənubi Sudan və Uqandada 770 min nəfərdən 3 milyon nəfərədək insanın məcburi köçkün düşməsinə səbəb ola bilər", — deyə BMT QAK qeyd edib.

Qurum xatırladıb ki, bu regionda "artıq dağıdıcı daşqınlar müşahid olunub: 2023-cü ildə onlar 2 milyondan çox insanı evlərini tərk etməyə məcbur edib, üstəlik, bəzi ailələr dəfələrlə təxliyə olunmalı olublar".

BMT QAK bildirib ki, noyabrın 9-dan 20-dək Türkiyədə keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransında (COP31) hökumətləri "qaçqınları və məcburi köçkünləri milli iqlim planlarına və maliyyələşdirmə mexanizmlərinə daxil etməyə" çağıracaq. İdarənin vurğuladığı kimi, "son onillikdə hava şəraiti ilə bağlı təbii fəlakətlər bütün dünyada 255 milyondan çox daxili köçkünlük halına gətirib çıxarıb". Orta hesabla hər gün təxminən 70 min insan məcburi köçkünə çevrilib.