Polşadan Litvaya 50 nəfərdən ibarət ABŞ hərbçiləri qrupu köçürülüb.
“İki sahil” xəbər verir ki, bu barədə jurnalistlərə Litvanın Baş naziri Mindauqas Sinkeviçyus məlumat verib.
"Litva ordusunun Pabradedəki mərkəzi poliqonuna Polşadan 50 amerikalı müttəfiqimiz gəlib", — deyə o bildirib.
Hökumət rəhbəri bu köçürmənin məqsədini və gələn qrupun xarakterini — vahid bölmə olduğunu, yoxsa pərakəndə şəxsi heyətdən ibarət olduğunu dəqiqləşdirməyib.
Aİ Avropada təyyarələrin saxta bomba təhlükələri ilə üzləşməsi hallarını araşdırır