03 noyabr 2026 08:36
114

Hazırda Bakıda sıxlıq qeydə alınan yollar açıqlanıb

Bakının bir sıra yollarında nəqliyyatın hərəkətində sıxlıq yaranıb.

“İki sahil” Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinə istinadla hazırda sıxlıq müşahidə edilən yolların siyahısını təqdim edir:

1. Bakı-Sumqayıt şosesi, "20 Yanvar" metro stansiyası istiqamətində;

2. Ziya Bünyadov prospekti, Müzəffər Nərimanov küçəsi ilə kəsişmədən "20 Yanvar" metro stansiyası istiqamətində;

3. Tbilisi prospekti, "20 Yanvar" metro stansiyasından mərkəz istiqamətində;

4. Əbdülvahab Salamzadə küçəsi, Ziya Bünyadov prospekti istiqamətində;

5. Heydər Əliyev prospekti, əsas yol, mərkəz istiqamətində;

6. Heydər Əliyev prospekti, köməkçi yol, "Koroğlu" metro stansiyası istiqamətində;

7. Aeroport şosesi, "Koroğlu" metro stansiyası istiqamətində;

8. Babək prospekti, mərkəz istiqamətində;

9. 8 Noyabr prospekti, Süleyman Əhmədov küçəsi ilə kəsişmədən mərkəz istiqamətində;

10. Yusif Səfərov küçəsi, mərkəz istiqamətində.