03 noyabr 2026 09:04
98

Rusiya, ABŞ və Ukrayna arasında üçtərəfli danışıqlar Əbu-Dabidə keçiriləcək

Rusiya, ABŞ və Ukrayna arasında işçi qrupları səviyyəsində üçtərəfli danışıqlar noyabrın 10–11-də Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Trampın xüsusi elçisi Stiv Uitkoff "X" sosial şəbəkəsində məlumat verib.

"Birləşmiş Ştatlar Prezident Trampın müharibəni başa çatdırmaq səylərini irəli aparmaq məqsədilə noyabrın 10–11-də Əbu-Dabidə Ukrayna və Rusiya arasında işçi qrupları səviyyəsində keçiriləcək danışıqlarda vasitəçi kimi çıxış edəcək", - deyə o yazıb.

Uitkoffun sözlərinə görə, görüşdə əsas diqqət müharibədən sonrakı təhlükəsizlik, gərginliyin azaldılması, humanitar təşəbbüslər və sülh yolu ilə nizamlanma istiqamətində növbəti addımlara dair razılaşmaların əldə olunmasına yönəldiləcək.