BMT-nin Baş katibi Antoniu Quterreş Ukrayna münaqişəsinin yaxın perspektivdə tənzimlənməsi imkanını görmədiyini bəyan edib.
“İki sahil” xəbər verir ki, o, bunu İspaniyanın "El Pais" qəzetinə müsahibəsində qeyd edib.
"Aydındır ki, Ukrayna ilə Rusiya arasındakı münaqişə barədə ABŞ-nin, mən deyərdim ki, yanlış bir mövqeyi var. Mən yaxın perspektivdə münaqişənin həllini görmürəm", — deyə o, qeyd edib.
Daha əvvəl amerikalı mühafizəkar jurnalist Benni Consona müsahibəsində ABŞ Prezidenti Donald Tramp Ukrayna münaqişəsi üzrə sülh sazişinin yaxınlaşdığını bəyan etmişdi.
Polşanın Ali Məhkəməsi etirazlar zamanı polisin müdaxiləsini qanunsuz adlandırıb
Paşinyan: Ermənistan Sərhəd Xidməti tədricən bütün dövlət sərhədlərinə nəzarəti təhvil alacaq
"The Atlantic": Tramp İranla müharibəyə görə məsuliyyəti Hegsetin üzərinə ata bilər