02 noyabr 2026 12:18
142

Polşanın Ali Məhkəməsi etirazlar zamanı polisin müdaxiləsini qanunsuz adlandırıb

Son günlər baş verən etirazlar zamanı Polşanın Konstitusiya Məhkəməsinin (KM) ərazisinə min nəfərdən çox polis qanunsuz olaraq daxil edilib.

“İki sahil” xəbər verir ki, bu barədə "Radio Zet" radiostansiyasına müsahibəsində Ali Məhkəmənin sədri Zbıqnev Kapinski bildirib.

"Orada minidən çox polis KM ərazisini tutub. Bu tamamilə qanunsuzdur, polisin orada ümumiyyətlə olmamalı idi", — deyə o vurğulayıb.

Ali Məhkəmənin rəhbəri polisin hakimləri etirazçılardan qorumaq məqsədilə KM ərazisinə daxil edildiyi barədə məlumatları da təkzib edib: "Polis içəri daxil edilən zaman KM-də hakimlər yox idi".

"Həyata keçirilən tədbirlər dövlət çevrilişi əlamətləri daşıyır. Konstitusiya Məhkəməsinə qəsbkarlar gətirilib", - deyə o, əlavə edib.