02 noyabr 2026 12:04
146

"The Atlantic": Tramp İranla müharibəyə görə məsuliyyəti Hegsetin üzərinə ata bilər

ABŞ Prezidenti Donald Tramp İranla uzanan müharibəyə görə məsuliyyəti kimsənin üzərinə atmaq üçün yollar axtarır və müşavirlərindən Pentaqon rəhbəri Pit Hegset ilə Silahlı Qüvvələrin Qərargah Rəisləri Birləşmiş Komitəsinin sədri Den Keynin fəaliyyəti barədə məlumatlar toplayır.

“İki sahil” xəbər verir ki, bu barədə "The Atlantic" jurnalı Amerika liderinin əhatəsindəki mənbələrə istinadla məlumat verib.

Mənbələrin sözlərinə görə, Tramp diqqətini müharibənin sürətli olacağına və Konqresə aralıq seçkilərdən xeyli əvvəl başa çatacağına inandıran şəxslərə yönəldib. Hegset və Keyn münaqişənin ilkin mərhələsində onun perspektivlərini müsbət qiymətləndirənlər arasında olublar.

Mənbələr qeyd ediblər ki, Pentaqon rəhbəri Ağ Evdə populyarlığa malik deyil, Trampın bir sıra yaxın köməkçiləri isə hesab edirlər ki, o, İranla münaqişənin vəziyyəti barədə prezidentə "bəzədilmiş" məlumatlar çatdırır.

Jurnalın qeyd etdiyinə görə, münaqişə uzandıqca Tramp bunun Respublikaçılar Partiyasının siyasi mövqelərinin zəifləməsinin əsas səbəblərindən biri olduğuna daha çox əmin olur.