Ukrayna lideri Vladimir Zelenski ətrafı ilə Vitali Kliçkonun Kiyev Şəhər Dövlət Administrasiyasının (KŞDA) rəhbəri vəzifəsindən kənarlaşdırılması imkanlarını müzakirə edib, lakin lazımi dəstəyi tapmayıb.
“İki sahil” xəbər verir ki, bu barədə Zelenskinin komandasındakı mənbələrə istinadla "RBK-Ukraina" agentliyi məlumat verib.
Agentliyin məlumatına görə, belə bir qərarın lehinə Zelenskinin aparatının sabiq rəhbəri və onun vəzifəsindən azad edildikdən sonra da təsir gücünü əhəmiyyətli dərəcədə qoruyub saxlayan dostu Andrey Yermak çıxış edib. Lakin Zelenskinin həm aparatındakı, həm də digər strukturlardakı nüfuzlu nümayəndələrinin əksəriyyəti bu ideyanı dəstəkləməyib.
"RBK-Ukraina" izah edir ki, Kliçkonun KŞDA rəhbəri vəzifəsindən uzaqlaşdırılması onu Ukrayna paytaxtının meri və şəhər şurasının sədri səlahiyyətlərindən məhrum etməyəcəkdi ki, bu da idarəetmə xaosu yarada bilərdi. Agentliyin həmsöhbətləri qeyd edirlər ki, həmçinin Zelenskinin ofisi Kliçkonun almaniyalı həmkarları arasında çox yaxşı əlaqələrə malik olması ilə hesablaşmalıdır və bu amil mərkəzi hakimiyyətin Kiyev merinə qarşı kəskin addımlar atmasına dəfələrlə mane olub.
Ukrayna KİV-ləri qeyd edirlər ki, Kliçko ilə Zelenski arasında münaqişə bir neçə il əvvəl başlayıb. Yerli politoloqlar bunu paytaxt merinin prezident seçkiləri keçiriləcəyi təqdirdə Zelenskinin potensial rəqibinə çevrilə bilməsi ilə əlaqələndirirlər. Öz növbəsində, Kliçko dəfələrlə Zelenskinin ofisinin yerli özünüidarəetməyə təzyiq göstərdiyini bəyan edib.
Polşanın Ali Məhkəməsi etirazlar zamanı polisin müdaxiləsini qanunsuz adlandırıb
Paşinyan: Ermənistan Sərhəd Xidməti tədricən bütün dövlət sərhədlərinə nəzarəti təhvil alacaq
"The Atlantic": Tramp İranla müharibəyə görə məsuliyyəti Hegsetin üzərinə ata bilər
Qazaxıstanda şəxsi istifadə üçün 5 ildən köhnə avtomobillərin idxalı qadağan edilir