18 yanvar 2017 15:42
359

“Palantir Technologies” şirkətinin baş icraçı direktoru ilə görüş

Prezident İlham Əliyevin “Palantir Technologies” şirkətinin baş icraçı direktoru və təsisçisi ilə görüşü olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 18-də Davosda “Palantir Technologies” şirkətinin baş icraçı direktoru və təsisçisi Aleks Karp ilə görüşü olub.

Görüşdə “Palantir Technologies” şirkətinin baş icraçı direktoru və təsisçisi Aleks Karp Azərbaycan ilə əməkdaşlıq etməkdə maraqlı olduqlarını bildirdi.

Söhbət zamanı ölkəmizlə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparıldı.