Qahirənin cənubundakı Giza əyalətində (Misir) avtomagistralda yük maşınının mikroavtobusla toqquşması nəticəsində azı 10 nəfər ölüb, 24 nəfər isə yaralanıb.
“İki sahil” xarici mediaya istinadən xəbər verir ki, bu barədə Misirin Səhiyyə Nazirliyi məlumat yayıb.
Qəzadan sonra hadisə yerinə 20 təcili tibbi yardım maşını göndərilib. Zərərçəkənlər yaxınlıqdakı xəstəxanalara çatdırılıb.
Qurumun məlumatına görə, 10 yaralının vəziyyəti qeyri-sabit qiymətləndirilir, daha 14 nəfər isə yüngül və orta ağır dərəcəli xəsarətlər alıb.
Ehtimal olunur ki, qəzaya sürət həddinin aşılması və duman səbəb olub.
Çexiyada təyyarələrin uçuş-enmə zolağında toqquşma riskini azaldan yeni sistem hazırlanıb
Tramp prezidentlik müddəti başa çatanadək Kubada hakimiyyətin dəyişəcəyini düşünür
İran Hörmüz boğazının açılması planının icra müddətini iki günə endirməyə razılaşıb