İran danışıqlar zamanı Hörmüz boğazının açılması planının həyata keçirilməsi müddətinin iki günə endirilməsi ilə bağlı razılıq əldə edib.
“İki sahil” xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Əraqçi Qətərin “Al Jazeera” telekanalına müsahibəsində bildirib.
“Hazırda icra müddətini iki günə endirən təkliflə bağlı razılıq əldə etmişik”, – deyə nazir qeyd edib.
A.Əraqçinin sözlərinə görə, İran Omanla birlikdə müəyyən etdiyi yeni gəmiçilik marşrutunun tanınmasını və boğazdakı digər marşrutların bağlanmasını şərt kimi irəli sürür.
Nazir vurğulayıb ki, Hörmüz boğazının İranın irəli sürdüyü şərtlər əsasında açılması Vaşinqtonla həllini tapmamış məsələlər üzrə danışıqların bərpasına zəmin yaradacaq.
Fransa Daxili İşlər Nazirliyi etirazlarda 15 mindən çox şəxsin iştirak etdiyini açıqlayıb
“Berliner Zeitung”: Azərbaycanın dini tolerantlıq modeli İslam dünyası üçün ümid işığıdır
Finlandiya Avropa İttifaqında işsizlik səviyyəsinə görə yenidən ilk sırada qərarlaşıb