31 oktyabr 2026 19:58
99

“Binance” oğurlanmış aktivlərin 90 faizini kompensasiya edib

Kriptovalyuta birjası “Binance” kiberhücum nəticəsində oğurlanmış aktivlər üzrə itkilərin 90 faizini kompensasiya edib.

“İki sahil” xəbər verir ki, bu barədə platformanın yaydığı məlumatda bildirilir.

Qeyd olunur ki, hazırda “Bitkoin” (BTC), “Ethereum” (ETH), “Tether” (USDT), BNB, “Solana” (SOL), USD Coin (USDC), XRP, USD1, RLUSD və ZEC aktivləri 100 faiz təmin olunub.

“Hazırda itkilərin qarşılanma göstəricisi 90 faizə çatıb. Sadalanan aktivlər isə tam həcmdə, yəni 100 faiz təmin edilib”, - deyə şirkətin məlumatında vurğulanıb.