31 oktyabr 2026 20:13
136

ABŞ Moskvada terror aktına hazırlıq barədə Rusiyaya məlumat ötürüb

Rusiyanın Federal Təhlükəsizlik Xidməti (FTX) Moskvada terror aktının hazırlanması barədə ABŞ tərəfindən məlumat alıb.

“İki sahil” TASS-a istinadən xəbər verir ki, bu barədə FTX-nin mətbuat xidmətindən bildirilib.

"Tərəfdaş kanalları vasitəsilə Amerika tərəfindən Moskvada terror aktının hazırlanması barədə məlumat alınıb. Müvafiq iş aparılır", - qurumdan bildirilib.

Digər təfərrüatlar paylaşılmayıb.