Türkiyə Qara dənizdə təhlükəsizliyi təmin etmək üçün səylərini və Rusiya ilə bu istiqamətdə təmasları davam etdirəcək.
“İki sahil” xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada səfərdə olan ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə mətbuat konfransında deyib.
"Mülki gəmilərə qarşı hücumların və Qara dənizdə gərginliyi artıracaq addımların heç kimə fayda verməyəcəyi aydındır", - o bildirib.
Ərdoğan çıxışında Türkiyənin Ukraynanın ərazi bütövlüyü və suverenliyini dəstəklədiyini xatırladıb.
Ukrayna Devlet Başkanı Volodimir Zelenski ile Ortak Basın Toplantısı https://t.co/nmobhOEGYS
— Recep Tayyip Erdoğan (@RTErdogan) October 31, 2026
Rubio: Tramp İran məsələsinin imkan daxilində diplomatiya ilə həllinə üstünlük verir
Əli Abdullahi: İran Silahlı Qüvvələri rəqibin yeni hədəflər siyahısını hazırlayır
Almaniyada hökumətin istefası tələbi ilə gənclərin etiraz aksiyaları keçirilir