Çexiyanın Brno şəhərində mühəndislər uçuş-enmə zolağında təyyarələrin toqquşma riskini azaltmaq məqsədilə yeni xəbərdarlıq sistemi hazırlayıblar.
“İki sahil” xəbər verir ki, “Honeywell Aerospace” şirkətinin Çexiyadakı filialında yaradılan SURF-A sistemi uçuş-enmə zolağında yarana biləcək təhlükələri əvvəlcədən müəyyənləşdirərək pilotları xəbərdar edir.
“Radio Praqa”nın məlumatına görə, 2024-cü ilin yanvarında Tokionun Haneda hava limanında “Airbus A350” təyyarəsi Yaponiya Sahil Mühafizəsinə məxsus təyyarə ilə toqquşub və hadisə nəticəsində beş nəfər həlak olub.
Mütəxəssislərin sözlərinə görə, yeni sistem təyyarənin idarə edilməsini öz üzərinə götürmür, sadəcə, mümkün təhlükə barədə pilotu vaxtında məlumatlandırır. İlk mərhələdə displeydə vizual xəbərdarlıq görünür, təyyarələr arasındakı məsafə azaldıqda isə səsli siqnal işə düşür. Texnologiya nəqliyyat vasitələrinin bir-birinə mövqeləri barədə məlumat ötürməsini təmin edən ADS-B sisteminə əsaslanır. Proqram təminatının quraşdırılması üçün kabinədə əsaslı dəyişikliklərə ehtiyac yoxdur, bir qısa kabelin qoşulması kifayətdir.
Meksikanın “Aeroméxico” aviaşirkəti sistemi 100-dən çox “Boeing 737” təyyarəsinə quraşdırmağı planlaşdırır. ABŞ-nin Feniks hava limanında isə texnologiyanın yerüstü xidmət vasitələrinin sürücülərini mümkün təhlükələr barədə xəbərdar etmək üçün uyğunlaşdırılması nəzərdə tutulur.
Fransa Daxili İşlər Nazirliyi etirazlarda 15 mindən çox şəxsin iştirak etdiyini açıqlayıb
“Berliner Zeitung”: Azərbaycanın dini tolerantlıq modeli İslam dünyası üçün ümid işığıdır
Finlandiya Avropa İttifaqında işsizlik səviyyəsinə görə yenidən ilk sırada qərarlaşıb
Tramp prezidentlik müddəti başa çatanadək Kubada hakimiyyətin dəyişəcəyini düşünür