31 oktyabr 2026 17:45
114

Əl-Budeyvi: Ərəb ölkələri İranla dialoqa hazırdır, lakin qarşılıqlı addımlar gözləyir

Fars körfəzi hövzəsindəki ərəb dövlətləri İranla danışıqlara açıqdır, lakin Tehranın da qarşılıqlı addımlar atacağını gözləyirlər.

“İki sahil” "Iran International"a istinadən xəbər verir ki, bu barədə Fars Körfəzi Ərəb Dövlətlərinin Əməkdaşlıq Şurasının baş katibi Casim Məhəmməd əl-Budeyvi Bəhreyndə keçirilən IISS-in 22-ci Manama Dialoqunda bildirib.

"Körfəz dövlətləri regiondakı istənilən problemi həll etmək üçün həmişə dialoq və danışıqlara çağırıb və çağırmağa davam edirlər", - Əl-Budeyvi deyib.

Onun sözlərinə görə, birliyin altı ölkəsi İranla açıq əlaqə kanallarını, eləcə də Qərb dövlətləri, Çin, Rusiya və digər ölkələrlə tərəfdaşlıq münasibətlərini qoruyub saxlayır.

"Yeni fikir ayrılıqlarının alovlandığı bir regionda bütün tərəflərlə dialoq aparmaq bacarığı yerdə qalan azsaylı üstünlüklərdən biridir. Lakin diplomatiyaya qarşılıq verən tərəfdaşlar lazımdır", - o vurğulayıb.