Oktyabrın 30-da Yeni Azərbaycan Partiyası (YAP) Kürdəmir rayon təşkilatında “Ü.Hacıbəyov küçəsi 10” ərazi partiya təşkilatının sədri, partiya veteranı Nəsibə Qurban qızı Hidayətovanın 65 illik yubileyi münasibətilə görüş keçirilib.
“İki sahil” xəbər verir ki, görüşdə YAP Kürdəmir rayon təşkilatının sədri Ayaz Cəbrayılov yubilyarı təbrik edərək ona möhkəm cansağlığı, uzun ömür, ailə səadəti və həyatının bundan sonrakı mərhələsində xoş günlər arzulayıb.
Tədbir çərçivəsində Nəsibə Hidayətovaya partiya dəyərlərinin təbliğində və ictimai proseslərdə fəal iştirakına, eləcə də 65 illik yubileyi münasibətilə Təşəkkürnamə, gül buketi və xatirə hədiyyəsi təqdim olunub.
Çıxış edən Nəsibə Hidayətova göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevə təşəkkürünü bildirib. O, Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə təsis edilmiş Yeni Azərbaycan Partiyasının sıralarında təmsil olunmasından qürur duyduğunu ifadə edib.
Rəyasət Heyətinin Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılması qərarı təsdiq edilib
Hepatit B və C tam müalicə olunurmu? – Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti açıqlayır
Uşağın susan dili, danışan davranışları: nitq və psixoemosional inkişafın görünməyən siqnalları
Ombudsmanın seçilməsi ilə bağlı məsələ parlamentin plenar iclasına tövsiyə edilib