30 oktyabr 2026 15:09
107

CV və Sİ: Kaspersky Sİ üzərindən iş axtarışı ilə əlaqəli risklərdən danışır

Mütəxəssislər şəxsi məlumatları çat-bota yükləməzdənəvvəl silməyi və süni intellekt xidmətlərinin məxfilik tənzimləmələrini yoxlamağı tövsiyə edirlər.

Süni intellekt (Sİ) iş axtarışı prosesində getdikcə daha çox istifadə olunur: iş axtaranlar onun köməyilə öz CV-ləriniredaktə edir, onları konkret vakansiyalara uyğunlaşdırır və tərtibatını təkmilləşdirirlər. Lakin bu rahatlıq özü ilə yeni risklər də gətirir – xüsusən də istifadəçi məxfi məlumatlar ehtiva edən sənədi çat-bota yüklədiyi zaman. Kasperskymütəxəssisləri iş axtarışı zamanı Sİ-dən təhlükəsiz istifadə və məxfi məlumatların fırıldaqçılardan qorunma qaydalarını izah edirlər.

Şəxsi məlumatları Sİ xidmətlərinə yükləməyin. CV-niziçatbota göndərməzdən əvvəl telefon nömrənizi, ev ünvanınızı, şəxsi e-poçtunuzu, şəxsiyyəti təsdiq edən sənədlərin skanlarını, müəyyən işəgötürənlərin adlarını və digər həssas məlumatları silin. Xidmətin yüklənmiş məlumatları necə emal etdiyini və saxladığını, həmçinin onları hansı şərtlər altında üçüncü tərəflərə ötürdüyünüanlamaq üçün onun məxfilik siyasətini nəzərdən keçirmək də vacibdir.

CV – potensial hücum üçün vasitə. Bir şəxsin peşəkar təcrübəsi, vəzifə adları, bacarıqları və maraqları ilə bağlı təfərrüatlar təcavüzkarlara daha inandırıcı hədəflihücumlar hazırlamağa kömək edə bilər. Məsələn, fırıldaqçılar saxta müsahibə dəvəti göndərə və ya namizədin təcrübəsi ilə tam üst-üstə düşən bir vəzifə təklif edə bilərlər. Onlar özlərini işəgötürən kimi təqdim edərəkməktubdakı faylı cihaza yükləməyi, linkə klikləməyi, tətbiqiquraşdırmağı və ya söhbəti üçüncü tərəf messencerdədavam etdirməyi istəyə bilərlər. Buna görə də, cavab verməzdən əvvəl hətta ən uyğun iş təkliflərini belə həmişə yoxlamaq lazımdır.

"Sİ artıq gündəlik tapşırıqların, o cümlədən iş axtarışı ilə bağlı məsələlərin daha tez yerinə yetirilməsinə kömək edən faydalı bir alətə çevrilib. Ondan CV-nitəkmilləşdirmək və konkret vakansiyaya uyğunlaşdırmaqüçün istifadə etmək olar. Lakin burada “inan, amma yoxla”prinsipi önə çəkilməlidir. CV bir şəxs haqqında fərdiləşdirilmiş hücum üçün əsas ola biləcək qədər geniş məlumat ehtiva edir. Buna görə də, Sİ xidmətləri ilə paylaşdığımız məlumatlara qarşı ehtiyatlı olmaq və onuntəklif etdiyi məlumatları hər zaman yoxlamaq vacibdir", – deyə Kaspersky-nin Azərbaycandakı nümayəndəsi MüşviqMəmmədov bildirir.

İş axtararkən Sİ-dən təhlükəsiz istifadə üçün Kasperskymütəxəssisləri tövsiyə edirlər:

• əvvəlcə CV-nizi özünüz hazırlayın, daha sonra ifadələri və strukturu təkmilləşdirmək üçün Sİ-ə müraciət edin;

• sənədi Sİ xidmətinə yükləməzdən əvvəl ondan şəxsi məlumatları – məsələn, telefon nömrənizi, ev ünvanınızı və ya sənəd detallarınızı – silin;

• yüklədiyiniz fayllarla hansı işlərin aparılacağınıanlamaq üçün xidmətin məxfilik parametrlərini yoxlayın;

• müstəqil sınaqlarda effektivliyi sübut olunmuş etibarlı təhlükəsizlik həllindən – məsələn, “KasperskyPremium”dan – istifadə edin.