Qadın voleybolçulardan ibarət “Turan” klubu bu gün CEV Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda Xorvatiyada “Mladost Zagreb” komandasının qonağı olacaq.
Bakı vaxtı ilə saat 23:00-da başlayacaq qarşılaşma Zaqreb şəhərində keçiriləcək.
Qeyd edək ki, komandalar arasında oktyabrın 20-də Tovuz OİK-də baş tutan ilk oyunda “Turan” 3:0 hesabı ilə qələbə qazanıb.
Təmsilçimiz növbəti mərhələyə yüksələcəyi təqdirdə Bolqarıstanın “Maritza Plovdiv” komandası ilə qarşılaşacaq.
CEV Çempionlar Liqası-qadınlar (2-ci təsnifat mərhələsi)
29 oktyabr 2026 (cavab oyun)
23:00. ”Mladost Zagreb” - ”Turan”
Xorvatiya, Zaqreb
20 oktyabr 2026 (1-ci oyunun nəticəsi)
”Turan” - ”Mladost Zagreb” 3:0 (25:20, 25:16, 25:16)
Azərbaycan, Tovuz, Tovuz OİK