Kişilərdən ibarət “Xilasedici” komandası CEV Çempionlar Liqasının ikinci təsnifat mərhələsində ilk oyununa çıxacaq.
Təmsilçimiz bu mərhələdə Portuqaliyanın “Sporting CP Lisboa” klubu ilə qarşılaşacaq. Komandalar arasında ilk görüş noyabrın 3-də Bakıda, FHN-nin idman zalında keçiriləcək. Qarşılaşma saat 18:00-da başlayacaq.
Qeyd edək ki, cütün cavab oyunu noyabrın 11-də Portuqaliyada təşkil olunacaq.
CEV Çempionlar Liqası-kişilər (2-ci təsnifat mərhələsi)
3 noyabr 2026 (1-ci oyun)
18:00. “Xilasedici” – “Sporting CP Lisboa”
Ünvan: FHN-nin idman zalı
U-16 MİLLİLƏRİMİZ AVROPA ÇEMPİONATININ 1-Cİ TƏSNİFAT MƏRHƏLƏSİNDƏ MÜBARİZƏ APARACAQLAR
Azərbaycan birinciliyinə qatılmaq istəyən komandalar üçün son qeydiyyat günləri