02 noyabr 2026 11:56
108

Azərbaycan birinciliyinə qatılmaq istəyən komandalar üçün son qeydiyyat günləri

2026-2027-ci illər mövsümündə yeniyetmə və gənc qızlar və oğlanlar arasında keçiriləcək Azərbaycan birinciliyində iştirak etmək istəyən komandalar üçün qeydiyyat davam edir.

İştirak etmək arzusunda olan komandaların diqqətinə çatdırırıq ki, qeydiyyat üçün son tarix noyabrın 6-dır. Komandalar qeyd olunan tarixədək müvafiq formanı doldurmaqla qeydiyyatdan keçə və birincilikdə iştiraklarını təsdiqləyə bilərlər.

Azərbaycan birinciliklərinə noyabr ayının sonunda mərhələli şəkildə start veriləcək.

Qeydiyyat forması: https://forms.gle/T37EPxcY1JYZ5KWo9

Bütün iştirakçı komandalara uğurlar arzulayırıq!