02 noyabr 2026 23:59
133

İspaniyada futbolçu ağır zədə aldı, oyun dayandırıldı -  VİDEO

İspaniya Sequnda Liqasında keçirilən “Tenerife” - “Andorra” matçı futbolçunun ağır zədə alması səbəbindən yarımçıq dayandırılıb.

“İki sahil” xəbər verir ki, "Reuters"in məlumatına görə, bu gün keçirilən görüşün əlavə vaxtında “Tenerife”nin hücumçusu Xesus de Migel rəqib qapıçı Xesus Ovononun müdaxiləsindən sonra başından ciddi zədə alıb.

Hesab 2:2 olarkən, əlavə vaxtın 7-ci dəqiqəsində qapıçı cərimə meydançasından çıxaraq topa müdaxilə etmək istəyib. Bu zaman onun dizinin De Migelin başına dəydiyi bildirilir. Futbolçu huşunu itirərək meydanda hərəkətsiz qalıb. Baş hakim Ovonoya birbaşa qırmızı vərəqə göstərib.

De Migel təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb. İspaniya mediasının məlumatına görə, futbolçu sonradan özünə gəlib.

Qeyd edək ki, hadisədən sonra qarşılaşma yarımçıq dayandırılıb.