Qadın voleybolçulardan ibarət “Turan” klubu bu gün CEV Çempionlar Liqasının 2-ci təsnifat mərhələsinin cavab oyununda Xorvatiyanın “Mladost Zagreb” komandası ilə qarşılaşıb. Gərgin mübarizə şəraitində keçən görüş təmsilçimizin 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Tovuzda keçirilən ilk oyunda 3:0 hesablı qələbə qazanan “Turan” klubu iki qarşılaşmanın nəticəsinə əsasən növbəti mərhələyə vəsiqə qazanıb.
Təmsilçimiz 3-cü təsnifat mərhələsində Bolqarıstanın “Maritza Plovdiv” komandası ilə qarşılaşacaq.
TƏBRİKLƏR “Turan”
CEV Çempionlar Liqası-qadınlar (2-ci təsnifat mərhələsi)
29 oktyabr 2026 (cavab oyun)
”Mladost Zagreb” - ”Turan” 2:3 (22:25, 25:21, 23:25, 25:23, 13:15)
Xorvatiya, Zaqreb
20 oktyabr 2026 (1-ci oyunun nəticəsi)
”Turan” - ”Mladost Zagreb” 3:0 (25:20, 25:16, 25:16)
Azərbaycan, Tovuz, Tovuz OİK