Azərbaycan təmsilçisi Könül Əliyeva Əbu-Dabi Böyük Dəbilqəsinin qalibi olub.
İdmançımız Dünya Cüdo Turuna daxil olan yarışın finalında Türkiyə təmsilçisi Merve Azakla qarşılaşıb. Könül Əliyeva rəqibinə qalib gələrək turnirin qızıl medalına sahib çıxıb.
Beləliklə, Könül Əliyeva Əbu-Dabi Böyük Dəbilqəsində fəxri kürsünün ən yüksək pilləsinə yüksələrək Azərbaycanın aktivinə növbəti qızıl medalı yazdırıb.
Təbriklər, Könül!