Oktyabrın 29-da İtaliyanın Neapol şəhərində cüdo üzrə U-23 Avropa çempionatının püşkatma mərasimi keçirilib. Püşkatmanın nəticələrinə görə idmançılarımızın ilk rəqibləri bəlli olub.
30 oktyabr – 1 noyabr tarixlərində keçiriləcək qitə yarışında Azərbaycan 6 çəki dərəcəsində 9 kişi cüdoçu ilə təmsil olunacaq. Çempionatda 36 ölkədən 275 idmançı (155 kişi, 120 qadın) mübarizə aparacaq.
İlk yarış günü təsnifat mərhələsi Bakı vaxtı ilə saat 13:00-da, final bloku isə saat 19:00-da start götürəcək. Görüşlər “Judo TV”dən canlı yayımlanacaq.
Kişilər
-60 kq, 1/8 final
Murad Muradlı – Unay Penyas Merino (İspaniya)
Babarəhim Mirzəyev – Mario Tinelli (İtaliya) / Yan Motoli Bonqambe (Fransa) cütünün qalibi ilə
-66 kq, 1/8 final
Nizami İmranov – Alessio De Luka (İtaliya)
İslam Rəhimov – Kristian Butuçi (Xorvatiya) / Adam Anastasopulos (Yunanıstan) cütünün qalibi ilə
-73 kq, 1/16 final
Əbil Yusubov – Luka Katiç (Xorvatiya)
Mehdi Cəfərov – Vlad Mitru (Moldova)
-90 kq, 1/16 final
Əli Qazıməmmədov – Mixaylo Xoroşaylov (Ukrayna)
-100 kq, 1/8 final
Əjdər Bağırov – İvan Kutenkov (Ukrayna)
+100 kq, 1/8 final
Kənan Nəsibov – Luka İvankoviç (Xorvatiya)