Azərbaycan Güləş Federasiyasının təşkilatçılığı ilə güləş üzrə “Gəncə Kuboku” turniri keçirilib.
Gəncə Olimpiya İdman Kompleksində baş tutan turnir komanda yarışından ibarət olub.
İlk dəfə keçirilən “Gəncə Kuboku”nda 8 komanda çıxış edib. U15 yaş qrupu üzrə təşkil edilən yarışda Sumqayıt güləşçiləri kuboka sahib çıxıb. Gəncə-1 komandası 2-ci, Lənkəran kollektivi isə 3-cü yeri tutub.
Turnirin keçirilməsində məqsəd yeniyetmə idmançılar arasında rəqabət mühitini gücləndirmək, bölgələrdə güləşin inkişafına dəstək vermək, idmançıların yarış təcrübəsini artırmaq və perspektivli güləşçilərin üzə çıxarılmasına şərait yaratmaq olub.