27 oktyabr 2026 14:45
121

Böyüklər arasında Abşeron-Xızı çempionatı keçiriləcək

 Oktyabrın 31-də cüdo böyüklər arasında Abşeron-Xızı çempionatı keçiriləcək. Turnirdə 13 klub və idman cəmiyyətini təmsil edən 74 cüdoçu mübarizə aparacaq.

 Yarışın keçirilməsində məqsəd kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.

Məkan: Sumqayıt Olimpiya İdman Kompleksi
 Arenaya giriş sərbəstdir.