27 oktyabr 2026 12:16
101

Kişi voleybolçuların Super Liqasında II turun oyunlarının vaxtı açıqlanıb

 

Kişi voleybolçuların Super Liqasında II turun oyunları oktyabrın 28 və 30-da keçiriləcək.

Turun ilk qarşılaşmasında oktyabrın 28-də saat 16:00-da “ORDU” və “Neftçi” komandaları GİN-in Voleybol Mərkəzində üz-üzə gələcəklər. Həmin gün saat 17:00-da isə “Xilasedici” və “AZERRAIL” kollektivləri FHN-in idman zalında qarşılaşacaqlar.

II turun son oyunu oktyabrın 30-da keçiriləcək. Saat 17:00-da “Murov Az Terminal” və “Gənclər” komandaları GİN-in Voleybol Mərkəzində münasibətlərə aydınlıq gətirəcəklər.

II turun oyun cədvəli

28 oktyabr

16:00. “ORDU” – “Neftçi”

Ünvan: GİN-in Voleybol Mərkəzi

17:00. “Xilasedici” – “AZERRAIL”

Ünvan: FHN-in idman zalı

30 oktyabr

17:00. “Murov Az Terminal” – “Gənclər”

Ünvan: GİN-in Voleybol Mərkəzi