Oktyabrın 27-də cüdo üzrə U-20 gənclər arasında Bakı şəhər birinciliyi keçiriləcək.
Turnirdə 35 klub və idman cəmiyyətini təmsil edən 235 cüdoçu (186 oğlan, 49 qız) 14 çəki dərəcəsində qüvvəsini sınayacaq.
Yarışın keçirilməsində məqsəd kvotalar əsasında ölkə birinciliyində iştirak edəcək idmançıları müəyyənləşdirməkdir.
Məkan: Abşeron Olimpiya İdman Kompleksi
Arenaya giriş sərbəstdir.
Dəstəyimizi idmançılardan əsirgəməyək!