25 oktyabr 2026 16:00
233

U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku start götürüb

 Oktyabrın 25-də U-17 yeniyetmələr arasında ne-vaza üzrə ACF Kuboku start götürüb.

Abşeron Olimpiya İdman Kompleksində təşkil olunan yarışın ilk günündə 198 cüdoçu mübarizəyə qoşulub. Qızlar arasında -40 kq, -48 kq, -57 kq, -70 kq, oğlanlarda isə -50 kq, -60 kq, -73 kq və -90 kq çəki dərəcələrində mükafatçılar müəyyənləşib. 

 Ne-vaza cüdoda yerüstü (parter) mübarizəni əhatə edən texnikalar toplusudur. Bu istiqamət üzrə hazırlıq idmançıların parterdə hücum və müdafiə imkanlarının inkişaf etdirilməsinə, görüş zamanı müxtəlif taktiki vəziyyətlərə daha effektiv uyğunlaşmasına xidmət edir.