Yanvar-sentyabr aylarında Azərbaycandan Hindistana neft ixracının həcmi təxminən 5 dəfə artıb.
“İki sahil” xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycandan Hindistana 524,3 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib. İxracın dəyəri 399,2 milyon dollar təşkil edib.
Trend-in qurumun məlumatları əsasında apardığı hesablamalara görə, 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə ixracın dəyəri 345,7 milyon dollar və ya 7,5 dəfə, tədarükün həcmi isə 416,8 min ton və ya 4,9 dəfə artıb.
2025-ci ilin yanvar-sentyabr aylarında Hindistana 53,5 milyon dollar dəyərində 107,5 min ton bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edilib.
Komitənin məlumatına əsasən, Hindistan 2026-cı ilin yanvar-sentyabr aylarında Azərbaycanın neft və neft məhsullarını idxal edən ölkələr arasında dördüncü yeri tutub.
2021-2025-ci illərdə Azərbaycandan Hindistana bitumlu süxurlardan alınmış neft və neft məhsullarının ixrac həcmi aşağıdakı kimi dəyişib:
|
İl |
İxrac həcmi |
İxrac dəyəri |
|
2021 |
1,261 mln.ton |
584,2 mln.ABŞ dolları |
|
2022 |
2,016 mln. ton |
1,625 mlrd. ABŞ dolları |
|
2023 |
2,025 mln.ton |
1,227 mlrd. ABŞ dolları |
|
2024 |
1,169 mln.ton |
729,8 mln.ABŞ dolları |
|
2025 |
335 min ton |
167,3 mln.ABŞ dolları |
"Yaşıl enerji dəhlizi"nə investisiyalar 22 milyard avro məbləğində qiymətləndirilib
"Black Sea Energy Cable" üzrə yekun investisiya qərarının qəbul edilməsi üçün Yol Xəritəsi hazırlanır
Mərkəzi Asiya ölkələrindən Azərbaycana turist axını il ərzində 12 %-dən çox artıb