24 oktyabr 2026 15:19
142

Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 6 %-dən çox artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycana Qərbi Avropa ölkələrindən 71 845 turist səfər edib ki, bu da 2025-ci ilin analoji dövrünün göstəricisindən (67 489 nəfər) 6,5 % çoxdur.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Turizm Agentliyi məlumat yayıb.

Almaniyadan gələn turistlərin sayı 17 529 (illik artım 13,8 %), Böyük Britaniyadan 16 213 (+3,4 %), İtaliyadan 9 670 (+4,7 %), Fransadan 4 500 (+3,6 %), İspaniyadan 4 468 (-7,6 %), Niderlanddan 4 189 (+8,7 %), Portuqaliyadan 2 055 (+23,8 %), Belçikadan 2 044 (+11,2 %), Avstriyadan 2 026 (+5 %), İsveçdən - 1 878 (+10,1 %), İsveçrədən 1 630 (+11,7 %), Yunanıstandan 1 291 (-15,5 %), İrlandiyadan 1 132 (+2,4 %), Norveçdən 972 (-3,4 %), Danimarkadan 953 (+32,7 %), Finlandiyadan 599 (+7,3 %), Lüksemburqdan 260 (-15 %), İslandiyadan 207 (+39,9 %), Maltadan 176 (+6 %), Andorradan 53 nəfər (+341,7 %) təşkil edib.

Qeyd edək ki, 2026-cı ilin avqust ayında Azərbaycana səfər edən əcnəbilərin sayına görə TOP-15 ölkə arasında Almaniya 14-cü (2 839 nəfər), Böyük Britaniya isə 15-ci (2 325) pillədə qərarlaşıb.

Cari ilin 8 ayı ərzində Azərbaycana 1,585 milyon əcnəbi səfər edib ki, bu da 2025-ci ilin analoji dövrü ilə müqayisədə 8 % (1,72 milyon) azdır.

2025-ci ildə Qərbi Avropa ölkələrindən Azərbaycana turist axını 5,28 % artaraq 112 446 nəfərə çatıb.