Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan 71,018 milyon ABŞ dolları dəyərində gübrə idxal edib.
“İki sahil” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2025-ci ilin eyni dövrü ilə müqayisədə 7,3 % çoxdur.
Hesabat dövründə Azərbaycanın gübrə ixracının dəyəri 127,558 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 3,8 % azdır.
9 ayda gübrə üzrə idxal xərcləri Azərbaycanın ümumi idxal xərclərinin 0,53 %-ni, ixrac gəlirləri isə ümumi ixrac qazancının 0,53 %-ni təşkil edib.
Xatırladaq ki, yanvar-sentyabr aylarında Azərbaycan xarici ölkələrlə 37 milyard 211 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, ötən ilin eyni dövrünə nisbətən 5,2 % çoxdur.
Xarici ticarət dövriyyəsinin 23 milyard 865 milyon ABŞ dolları ixracın, 13 milyard 346 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 28,3 % artıb, idxal isə 20,4 % azalıb.
"Yaşıl enerji dəhlizi"nə investisiyalar 22 milyard avro məbləğində qiymətləndirilib
"Black Sea Energy Cable" üzrə yekun investisiya qərarının qəbul edilməsi üçün Yol Xəritəsi hazırlanır
Mərkəzi Asiya ölkələrindən Azərbaycana turist axını il ərzində 12 %-dən çox artıb