Kişi voleybolçuların Super Liqasında 2026-2027-ci illər mövsümünə oktyabrın 23-də start veriləcək. Birinci turun oyunları oktyabrın 23-24-də keçiriləcək.
Turun ilk günü GİN-in Voleybol Mərkəzində iki qarşılaşma baş tutacaq. Saat 16:00-da “AZERRAIL” və “Gənclər”, saat 18:00-da isə “Murov Az Terminal” və “ORDU” komandaları qarşılaşacaqlar.
İlk turun son oyunu oktyabrın 24-də FHN-in idman zalındakeçiriləcək. Saat 17:00-da başlayacaq görüşdə “Xilasedici” və “Neftçi” komandaları üz-üzə gələcəklər.
Qeyd edək ki, kişi voleybolçuların Super Liqasında altıkomanda — “Xilasedici”, “ORDU”, “Neftçi”, “Murov Az Terminal”, “AZERRAIL” və “Gənclər” iştirak edirlər. Yarışlardairəvi sistem üzrə, ev-səfər prinsipi ilə iki dövrədə təşkilolunacaq.
İki dövrənin yekununda turnir cədvəlinin ilk dörd pilləsindəqərarlaşacaq komandalar pley-off mərhələsində iştirakhüququ qazanacaqlar.
Oyunların cədvəli
Super Liqa (kişilər)
I tur
23 oktyabr
16:00. “AZERRAIL” - “Gənclər”
18:00. “Murov Az Terminal” - “ORDU”
Ünvan: GİN-in Voleybol Mərkəzi
24 oktyabr
17:00. “Xilasedici” - “Neftçi”
Ünvan: FHN-in idman zalı
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib
BDU-nun elmi işçisi Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda tədqiqat aparacaq