BDU-nun Qabaqcıl materialşünaslıq tədqiqat və inkişaf Mərkəzinin Material dizaynı və sintezi elmi-tədqiqat laboratoriyasının (ETL) elmi işçisi Xatirə Mehtiyeva Polşa Elmlər Akademiyasının Fizika İnstitutunun təşkil etdiyi müsabiqənin nəticəsinə əsasən, “Maqnetizm və ifratkeçiriciliyin topoloji materiya ilə qarşılıqlı təsiri üzrə beynəlxalq Mərkəz” (MagTop) layihəsində elmi assistent vəzifəsinə seçilib. Layihə “Müasir iqtisadiyyat üçün Avropa fondları 2021-2027” (FENG) proqramı çərçivəsində Avropa İttifaqı və Polşa Elm Fondu (FNP) tərəfindən maliyyələşdirilir.
Xatirə Mehtiyeva Polşa Elmlər Akademiyasının Fizika İnstitutunda maqnit və ifratkeçirici sistemlərin topoloji materiallarla qarşılıqlı təsiri sahəsində aparılan beynəlxalq tədqiqatlarda iştirak edəcək, müasir eksperimental avadanlıq və metodikalarla işləmək təcrübəsi qazanacaq. Bu, Material dizaynı və sintezi ETL-də aparılan tədqiqatların inkişafına, BDU ilə Polşa Elmlər Akademiyasının Fizika İnstitutu arasında elmi əməkdaşlığın genişləndirilməsinə və birgə elmi nəşrlərin hazırlanmasına töhfə verəcək.
AFFA prezidenti Rövşən Nəcəf U-15 dünya çempionatı ilə bağlı futbolçulara müraciət edib