22 oktyabr 2026 14:13
173

Stolüstü tennisçilərimiz Riqa sınağında

Azərbaycanın stolüstü tennisçiləri Latviyanın paytaxtı Riqada keçiriləcək beynəlxalq turnirdə mübarizə aparacaqlar.

Oktyabrın 23-də start götürəcək ənənəvi “Riga City Youth Cup 2026” turnirində ölkəmiz 9 idmançı ilə təmsil olunacaq.

Qadınlardan ibarət milli komandanın baş məşqçisi Fərhad İsmayılov, gənc oğlanlardan ibarət seçmənin baş məşqçisi Ramil Cəfərov və məşqçi Rüfət Əliyevanın rəhbərliyi altında yarışa qatılacaq təmsilçilərimiz müxtəlif kateqoriyalar üzrə qüvvələrini sınayacaqlar.

Oğlanların mübarizəsində Elşən Hüseynov, Uğur Nəzərli, Tunar Bağırov və Ruslan Kərimov, qızların yarışında isə Nigar Mahmudova, Yağmur Məmmədli, Arzu Aslanova, Xədicə Babazadə və Şəbnəm Mansurova çıxış edəcəklər.

Beynəlxalq turnirə oktyabrın 25-də yekun vurulacaq.