Ermənistanın Baş naziri Nikol Paşinyan ölkənin yeni konstitusiyasının qəbulu üçün növbədənkənar parlament seçkilərinin keçirilməsi imkanını istisna etmir.
“İki sahil” Ermənistan mediasına istinadla xəbər verir ki, o, bu barədə brifinq zamanı bildirib.
"Yaxın gələcəkdə biz konstitusiyanın yeni layihəsini dərc edəcək, müzakirələrə başlayacaq və onu parlamentə göndərəcəyik. Və biz müxalifətdən olan həmkarlarımızı bunun çox mühüm və prinsipial məsələ, Ermənistan dövlətinin həyat qabiliyyəti məsələsini müəyyən etmək və həll etmək məsələsi olduğuna inandırmağa çalışacağıq. Lakin bu alınmasa, başqa ssenariləri, o cümlədən növbədənkənar seçkilərin keçirilməsi imkanını nəzərdən keçirəcəyik, hərçənd belə bir ssenarinin istisna edildiyini kim deyib?" - deyə, o bildirib.
Pekindən asılılığı azaltmaq cəhdi: Malayziya nadir torpaq elementlərinin ixrac şərtlərini yumşaldır
Britaniyanın Baş naziri Stubb ilə Ukrayna üzrə danışıqlarda irəliləyişləri müzakirə edib
Parisdə maksimum həyəcan: Təhlükəsizliyi təmin etməyə zirehli texnika, helikopterlər və hərbçilər cəlb edilir
Fransada iqtisadi geriləmə: İnvestorlar Makronun komandasına etimadı itirirlər
Paşinyan: 2027-2028-ci illərdə Azərbaycanla sülh sazişinin imzalanması zəruridir