Ermənistanın baş naziri Nikol Paşinyan 2027-2028-ci illərdə Azərbaycanla sülh müqaviləsinin imzalanmasını zəruri hesab edir.
“İki sahil” Ermənistan mediasına istinadla xəbər verir ki, bu barədə ölkənin Baş naziri Nikol Paşinyan bildirib.
"Mən demişdim ki, Azərbaycanla sülh sazişi 2031-ci ilə qədər imzalana bilər. Dəqiq desək, hesab edirəm ki, biz sazişi 2027-2028-ci illərdə imzalamalıyıq. Azərbaycanla işləməliyik", - Paşinyan bu gün jurnalistlərə deyib.
Daha əvvəl Ermənistanın baş naziri Azərbaycanla sülh müqaviləsinin 2031-ci ilədək imzalana biləcəyini bəyan etmişdi.
Parisdə maksimum həyəcan: Təhlükəsizliyi təmin etməyə zirehli texnika, helikopterlər və hərbçilər cəlb edilir
Paşinyan yeni konstitusiyanın qəbulu üçün növbədənkənar parlament seçkilərini istisna etməyib
Fransada iqtisadi geriləmə: İnvestorlar Makronun komandasına etimadı itirirlər
Zelenski Kiyevdə müəssisələrin və energetika obyektlərinin zədələndiyini etiraf edib