ABŞ-da yüzlərlə hüquqşünas Konqresə gözlənilən aralıq seçkilərində səsvermə prosesinin dürüstlüyünə ödənişsiz (pro bono) nəzarət etməyə razılıq verib.
“İki sahil” xəbər verir ki, "Financial Times" (FT) qəzetinin məlumatına görə, onlar demokratların və hüquq müdafiəçilərinin seçkilərin gedişatına olası müdaxilə cəhdləri ilə bağlı narahatlıqları fonunda seçki hüquqlarının müdafiəsi təşkilatları ilə əməkdaşlıq edəcəklər.
"Əgər Tramp icazə verilməyən addımlar atmağa başlasa, biz ən qətiyyətli şəkildə məhkəmə çəkişmələri aparacağıq", — deyə "Democracy Defenders Fund" qeyri-kommersiya təşkilatının təsisçisi Norman Ayzen nəşrə bildirib.
Onun sözlərinə görə, təşkilat seçkilərlə bağlı ödənişsiz hüquqi yardım göstərmək üçün ABŞ-də ondan çox hüquq firmasını cəlb edib. Mütəxəssislər artıq olası təhlükələri təhlil edib və iddia ərizələrinin layihələrini hazırlayıblar.
Digər bir qeyri-kommersiya təşkilatı olan "Lawyers for Good Government" isə 700-ə yaxın hüquqşünası prosesə cəlb edib.
Pekindən asılılığı azaltmaq cəhdi: Malayziya nadir torpaq elementlərinin ixrac şərtlərini yumşaldır
Britaniyanın Baş naziri Stubb ilə Ukrayna üzrə danışıqlarda irəliləyişləri müzakirə edib
Parisdə maksimum həyəcan: Təhlükəsizliyi təmin etməyə zirehli texnika, helikopterlər və hərbçilər cəlb edilir
Paşinyan yeni konstitusiyanın qəbulu üçün növbədənkənar parlament seçkilərini istisna etməyib
Fransada iqtisadi geriləmə: İnvestorlar Makronun komandasına etimadı itirirlər