21 oktyabr 2026 22:54
126

Uitkoff Putinlə görüşünü konstruktiv adlandırıb

ABŞ prezidentinin xüsusi elçisi Stiv Uitkoff Rusiyanın Prezidenti Vladimir Putinlə bu gün Sankt-Peterburqda keçirilən görüşü konstruktiv adlandırıb.

“İki sahil” xəbər verir ki, bu barədə S. Uitkoff "X" sosial şəbəkəsində yazıb.

“Biz Oslo şəhərində əldə edilmiş uğurları möhkəmləndirmək məqsədilə Sankt-Peterburqda Rusiya Prezidenti Vladimir Putinlə görüşdük”, – deyə Uitkoff X sosial şəbəkəsində yazıb.

“Bu danışıqlar konstruktiv xarakter daşıyıb və ABŞ, Rusiya və Ukrayna arasında texniki səviyyədə keçiriləcək üçtərəfli danışıqlar çərçivəsində davam etdiriləcək”, – deyə o əlavə edib.